NDU-nun tələbələri dövlət qulluğu imtahanlarında yüksək nəticə əldə edərək Azərbaycan universitetləri arasında ilk üçlükdə qərarlaşıblar

NDU-nun tələbələri dövlət qulluğu imtahanlarında yüksək nəticə əldə edərək Azərbaycan universitetləri arasında ilk üçlükdə qərarlaşıblar

Dövlət qulluğu imtahanlarında yüksək nəticə əldə edərək sertifikat alan namizədlərdən Naxçıvan Dövlət Universitetinin tələbələri Azərbaycan universitetləri arasında ilk üçlükdə qərarlaşıblar.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsi Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, 2023-cü il ərzində DİM dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200 namizəddən 4709 nəfəri imtahanlarda uğurlu nəticə əldə edib.

Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilk üç yeri tutublar.

Leave a Reply

Your email address will not be published.