“Məktəb tarixi” muzeyi

“Məktəb tarixi” kabinəsi 03 noyabr 1997-ci il tarixdə “Pedaqogika və psixologiya” kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nəriman Bilal oğlu Orucəliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Kabinədə Naxçıvanda maarifçilik hərəkatını əks etdirən stendlər və Azərbaycanın görkəmli mütəfəkkirlərinin  fotoşəkillərindən ibarət sərgi öz əksini tapmışdır.

Kabinə 18 may 2007-ci il tarixdə “Məktəb tarixi” muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. Muzeyin əsasını fakültə əməkdaşlarının nəşr olunmuş dərslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, proqramları təşkil etmişdir. Muzeydə həmçinin universitet əməkdaşlarının fəlsəfə doktoru və elmlər doktoru avtoreferatları üçün ayrıca guşə də yaradılmışdır.

Muzeydə Nax.MR-nın ilk Maarif nazirindən başlayaraq indiyə qədər olan nazirlərin fotoşəkilləri və işlədikləri müddət göstərilmişdir. “Məktəb tarixi” muzeyi universitetdə olan qonaqlarda da daim xoş təəssürat yaratmışdır. “Məktəb tarixi muzeyi”ndə magistratura səviyyəsində təhsil alan pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq ixtisaslarının tələbələri, həmçinin fakültənin bakalavr səviyyəsində təhsil alan tələbələrin də kafedrada tədris olunan dərsləri burada keçirilir.

“Məktəb tarixi muzeyi” nin ilk müdiri Vəkilova Bəyim İsmayıl qızı olmuşdur. Haliyədə muzeyə 14 iyun 2018-ci il tarixdən pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistraturanı bitirmiş Quliyeva Kübra Ramiz qızı rəhbərlik edir.