Fakültə haqqında

1969-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan flialının tərkibində “Biologiya” və “Coğrafiya” ixtisaslarının daxil olduğu “Biocoğrafiya” fakültəsi yaradılmış, 1972-ci ilin oktyabr ayında fakültənin adı dəyişdirilərək Coğrafiya fakültəsi adlandırılmışdır. Sonradan Təbiət-Coğrafiya adlanan fakültə 2009-cu ildən Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi adı ilə fəaliyyətini davam etdirir.

Fakültəmizdə kadr hazırlığı aparılan ixtisasların profilinə uyğun olan laboratoriyalar, kabinələr, muzeylər fəaliyyət göstərir.

Fakültəmizdə bakalavr təhsil pilləsi üzrə əyani və qiyabi şöbələrdə adları aşağıda qeyd olunan ixtisaslarda kadr hazırlığı işi həyata keçirilir:

  1. Baytarlıq təbabəti
  2. Baytarlıq
  3. Biologiya (əyani və qiyabi)
  4. Biologiya müəllimliyi
  5. Coğrafiya (əyani, əlavə ali təhsil-qiyabi)
  6. Coğrafiya müəllimliyi
  7. Kimya
  8. Kimya müəllimliyi
  9. Torpaqşünaslıq və aqrokimya (əyani və qiyabi)
  10. Yer quruluşu və daşınmaz əmlakın kadastrı

Fakültə dekanı: pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Qibləli oğlu Məmmədov

Tədris işləri üzrə dekan müavini: biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Zülal oğlu Qasımov

Akademik məsləhətçi: Talıblı Məsmə İsmayıl qızı

Akademik məsləhətçi: Hacızadə Hüzurə Tapdıq qızı

Kompüter operatoru: Qasımova Sevda İsgəndər qızı

Fakültədə 4 kafedra fəaliyyət göstərir.

  1. Kimya kafedrası
  2. Biologiya kafedrası
  3. Coğrafiya kafedrası
  4. Baytarlıq təbabəti kafedrası

Baytarlıq təbabəti kafedrası

Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul 2005-ci ildən aparılır.  Baytarlıq ixtisası 2007-ci ilədək Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Zoologiya kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 2007-ci ildə ayrıca Baytarlıq kafedrası yaradılmışdır. Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışa əsasən Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tabeliyində olan “Baytarlıq” kafedrasının adı dəyişdirilərək “Baytarlıq təbabəti” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisasların (proqramların) təsnifatında ixtisasın şifri və adı – 050704 Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedranın, həm də ixtisasın adı Baytarlıq təbabəti adlanır. 2007-2012-ci illərdə biologiya ü.e.d., dosent Etibar Məmmədov, 2012-2022-ci ilin sentyabr ayına qədər baytarlıq ü.f.d., dosent Yunis Rüstəmli kafedraya rəhbərlik etmişlər. Hazırda kafedraya Məhərrəmov Mahir Musa oğlu rəhbərlik edir.

İxtisasın profilinə uyğun olaraq Baytarlıq təbabəti kafedrası ayrıca tədris korpusu ilə təmin olunmuşdur.

Kafedranın professor – müəllim heyəti:

   Biologiya kafedrası

1973-cü ildə kimya-biologiya kafedrası yaradılmış və kafedraya müdir vəzifəsinə  k.e.n. Emil Rəcəbli təyin edilmişdir. 1976-cı ildə kafedra müdirliyinə isə prof. Y.Səfərov seçilmişdir.

1979-cu ildə kimya-biologiya kafedrası ayrılmışdır. 1983-1989-cü ilədək  “Biologiya” kafedrasına Ə.Qulamov rəhbərlik etmişdir. 1991-ci ildə yeni ixtisasların açılması və elmi-tədqiqat işlərinin istiqamətini müəyyənləşdirmək məqsədilə  kafedra bölünür. “Zoologiya” kafedrasına A.Mehdiyev, “Botanika” kafedrasına T.Talıbov seçilir.

1996-cı ildən 2013-cü ilə qədər Zoologiya kafedrasına dosent A.Axundov rəhbərlik etmiş, 2013-cü ildə qısa müddətə (2 ay) professor S.Məhərrəmov, 2013-cü ildən kafedraya dosent H.Hüseynov rəhbərlik etmişdir. 1990-2003-cü ilə qədər  “Botanika” kafedrasının müdiri b.ü.e.d. prof. Tariyel Talıbov olmuşdur. 2003-2008-ci illərdə b.ü.f.d., dosent Akif    Mərdanlı, 2008-2017-ci ilə qədər b.ü.f.d., dosent Musa Piriyev kafedraya rəhbərlik etmişlər. 2017-ci ilin aprelindən isə b.ü.e.d., dosent Daşqın Qənbərov kafedra müdiri işləyir.

2020-ci ildə “Botanika” və “Zoologiya” kafedrası birləşərək “Biologiya” kafedrası yaradıldı.

Haliyədə “Biologiya” kafedrasında  1 biologiya üzrə elmlər doktoru, dosent,  1 pedaqogika üzrə elmlər doktoru, dosent,  3 biologiya üzrə fəlsəfə doktoru, dosent, 1 pedaqogika üzrə fəlsəfə doktoru, dosent, 1 kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent,    1 aqrar üzrə fəlsəfə doktoru, baş müəllim, 1biologiya üzrə fəlsəfə doktoru, baş müəllim, 2 biologiya üzrə fəlsəfə doktoru,müəllim, 1 baş müəllim, 3 müəllim     fəaliyyət göstərir.

Kafedra müdiri: biologiya üzrə elmlər doktoru, professor Daşqın Şahbaz oğlu Qənbərov
Kafedranın professor – müəllim heyəti:

Coğrafiya kafedrası

Coğrafiya kafedrası 1972-ci ildə yaradılmışdır. Kafedraya 1972-1978-ci illərdə coğrafiya ü.f.d., dosent Səfərəli Babayev, 1978-1990 illərdə Biocoğrafiya kafedrasına biologiya ü.f.d., dosent Abbas Mehdiyev, 1990-2003-cü illərdə coğra-fiya elmləri doktoru, AMEA-nın müxbir üzvi Səfərəli Babayev, 2003-2016-cı ilə qədər coğrafiya ü.f.d., dosent Nazim Bababəyli və 2016-2022-ci il avqust ayına kimi isə coğrafiya ü.f.d., dosent Əli Həsənov rəhbərlik etmişlər.

Kafedra müdiri: Pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Miryasin qızı Seyidova
Kafedranın professor – müəllim heyəti:

  Kimya kafedrası

Kimya kafedrası 1974-cü ildə Coğrafiya kafedrasının nəzdində Kimya və biologiya kafedrası kimi yaradılmışdır. Kafedraya 1975-1976-cı illərdə k.e.n. Emil Rəcəbli, 1976-1984-cü illərdə k.e.d., prof. Əkbər Nəsirov, 1984-1990-cı illərdə k.e.d., dosent Qasım Hüseynov, 1990-1999-cu illərdə k.e.n., dosent Yasin Babayev, 1999-2019 cü illərdə k.ü.e.d., prof. Tofiq Əliyev rəhbərlik etmişlər. 2019-cu ilin oktyabrından  2020 – ci ilin may ayına qədər  k.ü.e.d., prof. Yasin Babayev kafedraya rəhbərlik etmişdir. 29 aprel 2020-ci ildən   isə  kafedraya həmin kafedranın müəllimi Sevinc Kərimovaya rəhbərlik həvalə olunmuşdur. 2021-ci ilin oktyabrından isə kafedraya rəhbərlik seçki yolu ilə kafedranın 0,5 ştat dosenti, k.ü.f.d. Şəmil Mahmud oğlu Mahmudov seçilmişdir.

Hazırda kafedrada 15 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 2 nəfəri k.e.d.,professor,  2 nəfəri AMEA-nın müxbir üzvü, 9 nəfəri dosent, 3 nəfəri baş müəllim, 1 nəfər isə k.ü.f.d., müəllimdir.

Kafedra müdiri: Kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmud oğlu Mahmudov
Kafedranın professor – müəllim heyəti:

10İmanov Hüseyn Əbülfəz oğluMüəllim

17İsgəndərova Vüsalə Qüdrət qızıpreparator

S/№ Sоyаdı, adı, atasının adı Vəzifəsi
1 Mahmudov Şəmil Mahmud oğlu Kafedra mudiri, Kimya üzrə fəlsəfə doktoru, 0,5 ştat dosent
2 Məmmədov Bəhruz Qibləli oğlu Dekan, Pedaqogika üzrə fəlsəfə doktoru, 0,5 ştat dosent
3 Babayev Yasin Nağı oğlu AR əməkdar müəllimi, kimya elmləri doktoru, professor – 1 ştat
4 Abbasov Əliəddin Dəyyan oğlu AMEA-nın müxbir üzvü, kimya üzrə fəlsəfə doktoru, dosent – 1 ştat
5 Əliyev Akif Səttar oğlu Naxçıvan MR-in Əməkdar müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent – 1 ştat
6 Qasımov Firdovsi Xanbaba oğlu kimya üzrə fəlsəfə doktoru, dosent – 1 ştat
7 Əliyev Tofiq Abbasəli oğlu AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor – 0,5 ştat
8 Hüseynov Qorxmaz Mansur oğlu kimya üzrə fəlsəfə doktoru, dosent – 0,5 ştat
9 Cəfərli Mahnur Möysün qızı kimya üzrə fəlsəfə doktoru, dosent – 0,5 ştat
10 Rzayeva Aliyə Bayram qızı kimya üzrə fəlsəfə doktoru, dosent – 0,5 ştat
11 Seyidov Mirnazim Adil oğlu kimya üzrə fəlsəfə doktoru, dosent – 1 ştat
12 Mehdiyev İsgəndər Sultan oğlu baş müəllim – 1 ştat
13 Quliyev Pərvin Heydər oğlu kimya üzrə fəlsəfə doktoru, baş müəllim -1 ştat
14 İmanov Hüseyn Əbülfəz oğlu kimya üzrə fəlsəfə doktoru, müəllim – 0,5 ştat
15 Kərimova Sevinc Şahbaz qızı baş müəllim – 0,5 ştat
16 Qocayeva Aygün Elbrus qızı Laboratoriya müdiri
17 Məmmədova İradə Məmməd qızı Laborant
18 Qafarova Natiqə Məmmədhüseyn qızı preparator
19 İsgəndərova Vüsalə Qüdrət qızı preparator

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakul-təsinin fakültə Elmi Şurasının tərkibi:

Soyadı,adı və ata adı Vəzifəsi
1. Məmmədov Bəhruz Q.o. Təbiəşünaslıq və k/t  fak.dekanı, dos. – sədr
2. Qasımov Hilal  Z.o. Tədris üzrə dekan müavini, dos. –sədr müavini
3. Mahmudov Şəmil M.o. Kimya kafedrasının müdiri,  kimya üzrə fəlsəfə doktoru, dosent- Elmi katib
4. Qənbərov Daşqın Ş. o. Biologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent
5. Hüseynli Aysun H.q. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri– üzv
6. Babayev Yasin N.o. Kimya kafedrasının professoru, kimya elmləri doktoru – üzv
7. Babayeva Zərövşən Y.q. Biologiya kafedrasının dosenti, pedaqoji elmləri doktoru – üzv
8. Məmmədov Etibar N.o. Baytarlıq təbabəti kafedrasının dosenti,biologiya elmləri doktoru– üzv
9. Bababəyli Nazim S.o. Coğrafiya kafedrasının dosenti,coğrafiya üzrə fəlsəfə doktoru – üzv
10. Rüstəmli Yunis M.o. Baytarlıq təbabəti kafedrasının dosenti,baytarlıq üzrə fəlsəfə doktoru  – üzv
11. Əliyev Tofiq Ə.o. Biologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru-üzv
12. Mehdiyev İsgəndər  S. o. Kimya kafedrasının baş müəllimi – üzv
13. İsgəndərova Ülviyyə N.q. Coğrafiya kafedrasının müəllimi
14. Kərimova Sevinc Ş.q. Kimya kafedrasının müəllimi
15. Quliyev Pərvin H.o. Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, fakültə müəllim həmkarlar təşkilatının sədri
16. Novruzlu Sevindik A.o. Fakültə TGT sədri
17. İsmayıllı Ülvü A.o. Fakültə THT sədri
Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012
Tel.:  (+99436) 544-08-61;    Daxili: 31 00