Missiyamız

Transformativ təhsil mühitində, dərin intizam biliyinə yönəlmiş missiyamız ali təhsildə şəffaflığın təmin edilməsi və yeni çağırışlara cavab verə bilməsi üçün tədqiqat və tədrisprosesində tələbə və tədqiqatçılara fərdi yanaşmanın sərgilənməsi ilə yeniliklərə çevik uyğunlaşa bilən tədris və tədqiqat mühitinin formalaşdırılmasıdır.

Baxışımız (vizyon)

Naxçıvan Dövlət Universitetinin baxışı universiteti dünyanın qabaqcıl təhsil sistemlərinə inteqrasiya edərək Azərbaycan ali təhsil məkanında lider bir quruma çevirmək, tədqiqat potensialını artıraraq universitetin əməkbazarı və sənaye ilə əlaqələrini gücləndirmək, tədqiqatyönümlü tədris mədəniyyəti formalaşdıraraq tələbələr və əməkdaşlar arasında demokratik prinsipləri izləmək və vətəndaş məsuliyyətini inkişaf etdirməkdir.

Dəyərlərimiz

Keyfiyyətlilik: Universitet bütün fəaliyyət istiqamətləri üzrə keyfiyyətin təmin edilməsinə səy göstərir.

Dayanıqlılıq: Universitet ekoloji tarazlığın qorunmasına önəm verir və dayanıqlı inkişafı dəstəkləyir.

Akademik azadlıq: Universitet akademik, administrativ və tələbə heyətini təlim, tədris, tədqiqat və sosial fəaliyyətlərdə qanunvericilik normaları çərçivəsində azadlığını təminetməyə diqqət edir.

Sosial cavabdehlik və məsulluq: Universitet ictimaiyyətə qarşı məsuliyyətin və sosial layihələrdə tərəfdaşlığın təşviqini dəstəkləyir.

Şəffaflıq: Universitet bütün fəaliyyət istiqamətləri üzrə işlərin icrasında şəffaflığı dəstəkləyir və universitetin maraqlı tərəfləri üçün əlçatanlığı təmin edir.

Etik qaydalar: Universitet qəbul edilmiş etik davranış qaydaları kodeksinə uyğun olaraq müəlliflik hüquqlarının qorunmasına önəm verir və fərqli düşüncələrə hörmətlə yanaşılmasını dəstəkləyir.