Ümumi Məlumat

Naxçıvan Dövlət Universitetinin əsas struktur sahələrindən birini Xarici tələbələrlə iş üzrə dekanlıq təşkil edir.

Bu dekanlıq universitetdə təhsil almağa başlayan xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, eyni zamanda ayrı – ayrı fakültələrdə bakalavr  və  magistr səviyyələri üzrə təhsil alan xarici tələbələrin bütün qayğı və problemlərinin həlli ilə məşğul olur. Hazırlıq kurslarında xarici tələbələrə Azərbaycan dili ilə yanaşı seçdikləri ixtisaslara uyğun olaraq baza fənləri də tədris edilir. Hazırlıq kursunun sonunda dinləyicilər buraxılış imtahanı verirlər. Buraxılış imtahanlarından müvəffəq qiymət alanlar seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar.

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

Ad və soyad Vəzifəsi
1 Əliyeva Xəfayət Müzəffər qızı(həvalə) Dekan
2 Əliyeva Xəfayət Müzəffər qızı Dekan müavini
3 Babayev Fuad Famil oğlu Akademik məsləhətçi (Tyutor)
4 Əhmədli Şəhla Valeh qızı Akademik məsləhətçi (Tyutor)
5 Əsgərova Xatirə Hüseyn qızı Kompüter operatoru

 

“Əcnəbilərin ali təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilinin bilmə səviyyəsinin universitet tərəfindən yoxlanması” qaydaları

Qəbul Qaydaları

Qəbul qaydaları və tələb olunan sənədlər.

Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may  2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin  və  vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na  uyğun aparılır.

Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri elektron formada portal.edu.az veb səhifəsi üzərindən  təqdim etməlidirlər. Sənədlərə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra namizədlər üz-üzə müsahibəyə dəvət edilir.

Viza tələb olunan ölkələrdən  müraciət edən namizədlər üçün isə müsahibə online formada aparıla bilər

Müsahibənin keçirilmə yeri və vaxtı Universitet tərəfindən müəyyən edilir və bu barədə məlumatları özündə əks etdirən qrafik və namizədin ad,soyad, və ata adı müsahibəyə azı 3 gün qalmış www.ndu.ed.az saytına yerləşdirilir, yaxud portal və e-mail üzərindən məktub göndərilir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və ya qanunla müəyyən edilmiş qaydada ona bərabər tutulan sənədi təqdim etməklə, müsahibədə iştirak edir.

Hər namizədə 15 ( on beş) dəqiqə vaxt ayrılır.

Müsahibənin nəticəsinə dair  namizədin e-mail ünvanına arayış göndərilir.

  Qiymətləndirmə meyarları:

Dil bilikləri

Bilik səviyyəsi- (ixtisasa dair nəzəri biliklər, müsahibə proqramı üzrə ümumi bilikləri, informasiya texnologiyaları üzrə biliklər)

Qəbul üçün tələb olunan sənədlər:

  • Bitirdiyi təhsil pilləsi üzrə attestat və ya diplom;
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarial təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq və QİÇS haqqında arayışlar;
  • məhkumluq haqqında arayış
  • pasport pasportun surəti,
  • tərcümeyi-hal;
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil.

Qeyd:

  • Azərbaycan Respublikasından kənarda bakalavr dərəcəsi almış əcnəbi tələbə magistraturada təhsil almaq üçün sənədlərini təqdim etməzdən əvvəl diplomunun ekvivalentliyini Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməlidir. Bundan sonra təsdiq olunmuş diplomunu və notarial qaydada təsdiq olunmuş surətini bakalavr pilləsinə qəbul olunmaq üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim etməlidir.

İxtisaslar

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələr üçün təhsil haqqının
M   Ə  B  L  Ə  Ğ  İ
Sıra №-si İxtisasın adı İllik təhsil haqqı      (manatla)
Bakalavriat
1 Tibb 5000
2 İctimai səhiyyə 5000
3 Stomatologiya 5000
4 Əczaçılıq 5000
5 Hərbi tibb 2000
6 Psixologiya 3000
7 Biologiya müəllimliyi 2000
8 Coğrafiya müəllimliyi 2000
9 Baytarlıq təbabəti 3000
10 Torpaqşünaslıq və aqrokimya 2000
11 Kimya 2000
12 Coğrafiya 2000
13 Yer quruluşu və daşınmaz əmlakın katastrı 2000
14 Biologiya 2000
15 Kimya müəllimliyi 2000
16 Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi 2000
17 Texnologiya müəllimliyi 2000
18 Məşqçilik 2000
19 Hüquqşünaslıq 5000
20 Sosial iş 2000
21 Fəlsəfə 2000
22 Regionşünaslıq (Avropa üzrə) 2000
23 Maliyyə 2000
24 Beynəlxalq münasibətlər 2000
25 Dövlət və ictimai münasibətlər 2000
26 Turizm işinin təşkili 2000
27 Dövlət və bələdiyyə idarəetməsi 2000
28 Mühasibat 2000
29 İqtisadiyyat 2000
30 İqtisadiyyat (tədrisi ingilis dilində) 2000
31 Marketinq 2000
32 Menecment 2000
33 Beynəlxalq ticarət və logistika 2000
34 Azərbaycan dili və ədəbiyyatı  müəllimliyi 2000
35 Tarix müəllimliyi 2000
36 Jurnalistika 2000
37 Kitabxanaçılıq və informasiya fəaliyyəti 2000
38 Muzey,arxiv işi və abidələrin qorunması 2000
39 Filologiya (Azərbaycan dili və ədəbiyyat göstərilməklə) 2000
40 Tarix 2000
41 Filologiya (Fars dili və ədəbiyyatı) 2000
42 Xarici dil müəllimliyi  (ingilis dili ) 2000
43 Xarici dil müəllimliyi (fransız dili ) 2000
44 Xarici dil müəllimliyi (alman dili ) 2000
45 Xarici dil müəllimliyi  (rus dili ) 2000
46 Tərcümə (İngilis Azərbaycan dilləri ) 2000
47 Riyaziyyat  müəllimliyi 2000
48 Fizika müəllimliyi 2000
49 Riyaziyyat və informatika müəllimliyi 2000
50 Fizika 2000
51 Riyaziyyat 2000
52 Musiqişünaslıq 3000
53 İnstrumental ifaçılıq (Xalq çalğı alətləri) 3000
54 İnstrumental ifaçılıq (Fortepiano) 3000
55 İnstrumental ifaçılıq (Simli alətlər ) 3000
56 İnstrumental ifaçılıq (Nəfəs alətləri ) 3000
57 Aktyor sənəti 3000
58 Musiqi müəllimliyi 3000
59 Təsviri incəsənət müəllimliyi 3000
60 Dirijorluq  (sahələr üzrə) 3000
61 Rəngkarlıq 3000
62 Vokal sənəti (sahələr üzrə) 3000
63 Energetika mühəndisliyi 2000
64 Nəqliyyat  mühəndisliyi 2000
65 Ekologiya mühəndisliyi 2000
66 Kompüter mühəndisliyi 2000
67 Memarlıq 3000
68 İnformasiya texnologiyaları 2000
69 Elektrik və elektronika mühəndisliyi 2000
70 Meliorasiya mühəndisliyi 2000
71 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 2000
Magistratura İllik təhsil haqqı (manatla)
1 Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası 2500
2 Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) 2500
3 Dilşünaslıq  (ingilis dili) 2500
4 Dilşünaslıq (rus dili) 2500
5 Dilşünaslıq (alman dili) 2500
6 Dilşünaslıq (fransız dili) 2500
7 Dilşünaslıq (ərəb dili) 2500
8 Dilşünaslıq (fars dili) 2500
9 Azərbaycan ədəbiyyatı 2500
10 Azərbaycan dili 2500
11 Texnologiya fənninin tədrisi metodikası və metodologiyası 2500
12 Musiqi fənninin tədrisi metodikası və metodologiyası 2500
13 Pedaqogika  nəzəriyyəsi və tarixi 2500
14 Sosial  pedaqogika 2500
15 Təhsildə  qiymətləndirmə və monitorinq 2500
16 Mətbuat tarixi 2500
17 Tarix fənninin tədrisi metodikası və metodologiyası 2500
18 Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı 2500
19 Türk dünyası tarixi 2500
20 Azərbaycanın yeni və ən yeni tarixi 2500
21 Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi 2500
22 Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi 2500
23 Beynəlxalq  münasibətlər və diplomatiya 2500
24 Sənəd resursları və informasiya axtarış sistemləri 2500
25 Dövlət hüququ 2500
26 Mülki və təsərrüfat hüququ 2500
27 Dövlət və hüquq nəzəriyyəsi və tarixi 2500
28 Cinayət hüququ, cinayət prosesi, kriminalistika  və məhkəmə ekspertizası 2500
29 Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi 2500
30 Vokal ifaçılığının tarixi və nəzəriyyəsi 2500
31 İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası  (musiqi alətləri üzrə) 2500
32 Musiqi tənqidi 2500
33 Etnomusiqişünaslıq 2500
34 Beynəlxalq iqtisadi münasibətlər 2500
35 İstehsal sferasında mühasibat uçotu və audit 2500
36 İqtisadiyyatın tənzimlənməsi 2500
37 İqtisadiyyatın tənzimlənməsi (tədrisi ingilis dilində) 2500
38 Strateji idarəetmə 2500
39 Riyaziyyatın tədrisi metodikası və metodologiyası 2500
40 İnformatika fənninin tədrisi metodikası və metodologiyası 2500
41 Fizika fənninin tədrisi metodikası və metodologiyası 2500
42 Yarımkeçiricilər fizikası 2500
43 Kimya fənninin tədrisi metodikası və metodologiyası 2500
44 Fiziki kimya 2500
45 Qeyri-üzvi kimya 2500
46 Biologiya fənninin tədrisi metodikası və metodologiyası 2500
47 Botanika 2500
48 Bitkilərin genetikası və seleksiyası 2500
49 Onurğasızlar zoologiyası 2500
50 Biotexnologiya 2500
51 Torpaqşünaslıq 2500
52 Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası 2500
53 İqtisadi  və sosial coğrafiya 2500
54 Elektrik şəbəkə və sistemləri 2500
55 Yol hərəkətinin təşkili və təhlükəsizliyi 2500
56 İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri 2500
57 İdarəetmədə informasiya sistemləri 2500
58 İnformasiya  mühafizəsi  və təhlükəsizliyi 2500
59 Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası 2500
60 Memarlıq abidələrinin bər­pası və yenidən quruluması 2500
61 Şəhərsalma 2500
62 Baytarlıq cərrahiyəsi 2500
63 Mamalıq ginekologiya və suni mayalanma 2500
64 Turizm və sosial mədəni servis xidməti 2500
65 Fiziki tərbiyə nəzəriyyəsi və metodikası 2500
66 Meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı 2500
67 Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 2500
68 Rəngkarlıq (sahələr üzrə) 2500
69 Sinxron tərcümə ( İngilis dili) 2500
70 Həndəsə 2500
71 Cəbr və topologiya 2500
72 Riyazi analiz 2500
73 Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası 2500
74 Ümumi psixologiya 2500
75 Toksikoloji kimya 2500
76 Biznesin təşkili və idarə edilməsi ( Bank işi üzrə) 2500
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası
Ümumi iqtisadiyyat
Ümumi pedaqogika, pedaqogikanın və təhsiln tarixi
Musiqi sənəti
Sosial fəlsəfə
Mikrobiologiya
Ümumi fəlsəfə
Analiz və funksional analiz
Təlim və tərbiyyə nəzəriyyəsi və metodikası
Ümumi tarix
    Anesteziologiya və reanimatologiya
     Ümumi cərrahiyyə
     Ürək-damar cərrahiyyəsi
     Otoroinorinqologiya
     Urologiya
     Oftomologiya
     Mama ginekologiya
     Terapiya
     Yoluxucu xəstəliklər
     Fitiziotriya
     Patoloji anatomiya
     Pediatriya
     Stomotologiya
     Sosial gigiyena və səhiyyənin təşkili
     Laborotoriya işi
     Epidemologiya

Qeyd №1: Əcnəbi doktorantlar(fəlsəfə və elmlər doktorluğu üzrə) üçün illik təhsil haqqı məbləği 2500 AZN müəyyənləşdirilir.

Qeyd №2: Rezidentura təhsil səviyyəsi üzrə təhsil alan əcnəbi tələbələrin illik təhsil haqqı məbləği 6000 AZN müəyyənləşdirilir.

Qeyd №3: Hər bir ixtisasın hazırlıq dinləyiciləri üçün ödəniş haqqı müvafiq ixtisasın təhsil haqqı məbləği ilə eyni müəyyənləşdirilir.

Qeyd №4: Qeyd olunan təhsil haqqı məbləğləri 1 mart 2023-cü ildən sonrakı dövr üçün universitetə qəbul olunan hazırlıq dinləyiciləri və əcnəbi tələbələr ilə üçün nəzərdə tutulub.

Naxçıvan Dövlət Universiteti ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında

MÜQAVİLƏ NÜMUNƏSİ

 

Naxçıvan şəhəri                                                                                       “___”____________

 

Bundan sonra Universitet adlandırılacaq “Naxçıvan Dövlət Universiteti” bir tərəf və “əcnəbi tələbə” adlandırılacaq _________________________ digər tərəf aşağıdakı məzmunda Müqavilə bağladılar.

 

  1. Müqavilənin predmeti

 

Naxçıvan Dövlət Universiteti ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında ________təhsil səviyyəsinə uyğun ________________ ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün ___ manat məbləğində təhsil haqqının Universitetə ödənilməsini öhdəsinə götürür.

 

  1. Tərəflərin vəzifələri

 

2.1. Universitet:

 

2.1.1. əcnəbi tələbə tədris ili başlananadək illik təhsil haqqının azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun Universitetə qəbulu haqqında əmr verir;

 

2.1.2. tədrisin dövlət təhsil standartlarına uyğun olaraq, ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları ilə müəyyən olunmuş kompetensiyalara (səriştələrə) uyğun mütəxəssis hazırlığını təmin edir;

 

2.1.3. əcnəbi tələbəyə ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradır;

2.1.4. əcnəbi tələbəni  təhsil  prosesi  və  daxili  intizam qaydaları ilə tanış edir və ona hüquq və vəzifələrini izah edir;

2.1.5. əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd verir.

 

 

2.2. Əcnəbi tələbə:

 

2.2.1. seçdiyi ixtisas üzrə tədris planı əsasında təhsil almaqla, tələb olunan kreditləri toplayır;

 

2.2.2. təhsil haqqını illik əsaslarla ____ tarixədək universitetin bank hesabına ödəyir;

 

2.2.3. Universitetin daxili intizam qaydalarına riayət edir.

 

2.2.4. Universitetə Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini Universitetə təqdim edir.

 

  1. Müqavilənin əlavə şərtləri

 

3.1. Universitet aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir:

 

3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə;

 

3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə;

 

3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda.

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.

3.2. Əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə Universitetdən xaric olunduqda, ödənilmiş təhsil haqqı geri qaytarılmır.

3.3. Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

3.4. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 eyni nüsxədə tərtib edilmiş, bir nüsxəsi Universitetdə əcnəbi tələbənin şəxsi işində, digər nüsxəsi isə əcnəbi tələbənin özündə saxlanılmışdır.

 

Əcnəbi tələbənin adı, soyadı və atasının adı: _____________________________

 İmza: ______________

 Ünvan: ________________

 

Rektor:

 İmza: ______________

 Ünvan: Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012

 

VÖEN: 0200150211

Tel: (+99436) 544-08-61

Faks: (+99436) 545-72-88

E-mail: info@ndu.edu.az, admin@ndu.edu.az

Əlaqə

 

Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti

Universitet şəhərciyi, AZ 7012

 

Tel.:  (+99436) 544-08-61;    Daxili: 2280
E-poçt: info@ndu.edu.az
iro@ndu.edu.az
xtd@ndu.edu.az