Memarlıq və mühəndislik fakültəsi

Memarlıq və mühəndislik fakültəsi 1988-ci ildən yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi ilə məşğuldur. Fakültədə 5 kafedra fəaliyyət göstərir. Fakültə tərkibində tələbə gənclər təşkilatı, tələbə elmi cəmiyyəti, idman şurası və müxtəlif ixtisaslara uyğun dərnəklər fəaliyyət göstərir. Fakültənin nəznində “Memarlıq muzeyi” və texniki yaradıcılıq kabinələri fəaliyyət göstərir. Fakültə dekanı 2001-2007-ci illərdə Arif Abbasov, 2007-2013-cü illərdə Mübariz Nuriyev olmuşdur. 2013-dən isə fakültə dekanı Cavanşir Zeynalovdur. 2001-2003-cü illərdə Həsən Babayev, 2003-2020 illərdə Məmməd Rəcəbov, 2020-2022-ci illərdə Rüstəm Məmmədov dekan müavini olmuşdur. 2022-ci ildən isə dekan müavini Tərxan Orucovdur.

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

  1. İnformasiya texnologiyaları
  2. Energetika mühəndisliyi
  3. Elektroenergetika mühəndisliyi
  4. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  5. Nəqliyyat mühəndisliyi
  6. Meliorasiya mühəndisliyi
  7. Ekologiya mühəndisliyi
  8. Memarlıq
  9. Kompüter mühəndisliyi
  10. Proseslərin avtomatlaşdırılması
  11. Kompüter mühəndisliyi (ingilis dilində)

Fakültə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, NMR Dövlət Energetika Xidməti,  “Naxçıvan Dəmir Yolları” MMC, NMR Dövlət Meliorasiya və Su təsərrüfatı Komitəsi,  NMR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, NMR Memarlar Birliyi ilə əməkdaşlıq edir. Məzunlarımız sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Fakültədə müxtəlif avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda baloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müxtəlif elmi və texnoloji problemləri həll edə biləcək 600-dən çox yerli, 60-dan çox xarici tələbə bakalavr pilləsində təhsil alır. Tələbələrin tədrisi ilə yüksək ixtisaslı kadrlar məşğul olurlar.

Fakültə dekanı: Cavanşir  İbrahim oğlu Zeynalov

Tədris işləri üzrə dekan müavini: Tərxan Zakir oğlu Orucov

Akademik məsləhətçi (tyutor):  Azər Ehtibar oğlu Cabbarlı

Akademik məsləhətçi (tyutor): Axundova Gülşadə Əli qızı

Fakültənin nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Elektronika və informasiya texnologiyaları

İnformasiya cəmiyyəti və texnologiyaları problemləri

Yeni nəsil texnologiyaların elmə tətbiqi vacib amillərdən biridir. Məhz buna görədə gələcəkdə istifadə edəcəyimiz təhsil sahəsi bu texnologiyalar əsasında qurulmalıdır. Müasir dövrümüz informasiya əsri olduğundan, elm və texnikanın, cəmiyyətimizin, demək olar ki, bütün sahələrində müasir texnologiyalardan, istifadə olunur. Məhz bu baxımdan təhsildə İKT-nin rolu danılmazdır. Ali məktəblərin xeyri ondadır ki, onların tələbə və professor-müəllim heyətləri ən qabaqcıl istehsal məsələlərinin həllində iştirak edir, ixtiraçının xeyri başa düşüləcəyi bir mühitdə çalışması, investorlarınkı isə hər bir ixtiraçı ilə fərdi yox, yüksək elmi-texnoloji potensiala malik güclü struktur daxilində işləməsidir.

  1. Zeynalov Cavanşir İbrahim oğlu – riyaziyyat elmləri doktoru, professor
  2. Qasımov Hüseyn Ələkbər oğlu– kafedra müdiri, Texnika üzrə fəlsəfə doktoru
  3. Həsənli Həsən Əsgər oğlu-Dosent
  4. Nadirova Tofiqə Telman qızı– baş müəllim
  5. Süleymanov İlham Hüseyn oğlu- baş müəllim
  6. Mahmudova Səbinə Vəkil qızı– baş müəllim
  7. Zeynalova Səadət Cəbrayıl qızı-baş müəllim
  8. Rüstəmova Səminə Tofiq qızı-Müəllim
  9. Qasımova Səriyyə Kamal qızı-Müəllim
  10. Sadiqzadə Cəfər Zəfər oğlu– Müəllim
  11. İsmayılov Asiman Rizvan oğlu– Müəllim
  12. Əsgərli Hüseyn Cəfər oğlu – Müəllim
  13. Zeynalzadə Gültac Zeynalabdin qızı – Müəllim
  14. İmanova Şəfiqə Zəfər qızı-müəllim

                Nəqliyyat mühəndisliyi və texniki fənlər

20 dekabr 1990-cı il “Elektro texnika və materialşünaslıq”  kafedrası kimi fəaliyyətə başlamışdır. 04 may 2001-ci ildən “Yol hərəkətinin təşkili kafedrası”, 01 iyun 2018-ci ildən “Nəqliyyat və informasiya texnologiyaları” kafedrası, 01 aprel 2021-ci ildən isə “Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrası kimi fəaliyyət göstərir.

  1. Əliyev Asəf Asif oğlu-Riyaziyyat  üzrə fəlsəfə doktoru, dosent
  2. Vəliyev Səyyad Məmməd oğlu – baş müəllim
  3. Əliyev Şahin Yusif oğlu – baş müəllim
  4. Həziyev Yadulla Həsən oğlu – müəllim
  5. Orucov Tərxan Zakir oğlu – müəllim
  6. Nəcəfov Elşən Tarqulu oğlu –Müəllim
  7. Əliyeva Leyla Mirsəməd qızı-Laborant

Kafedranın elmi fəaliyyəti:

Yük daşımaları texnologiyasının xüsusiyyətləri

Avtomobil nəqliyyatının hərəkət tərkibinin və yükləmə-boşaltma vasitələrinin texniki təkmilliyi, proqressiv texnologiyanın tətbiqi və yük daşımalarının təşkilinin təkmilləşdirilməsi. Hər hansı prosesin məqsədəuyğun şəkildə ayrı-ayrı bəndlərə bölünməsi və bu bəndlər arasında səmərəli əlaqənin yaradılması. Daşıma prosesinin təşkili və idarə edilməsinin yerinə yetirilməsi ilə bağlı əmək və vəsait sərfinin səmərəli qiymətinin tapılması. Hər hansı prosesin məqsədəuyğun şəkildə ayrı-ayrı bəndlərə bölünməsi və bu bəndlər arasında səmərəli əlaqənin yaradılması. Daşımalara sərf olunan vaxtın qısadılması. Yükün zədələnməsi və xarab olmasından yaranan itkilərin aşağı düşməsi. Avtomobil nəqliyyatı və onun xidmət etdiyi sahələr arasında təsərrüfat əlaqələrinin mərkəzləşdirilmiş planlaşdırma sistemi üzrə qurulması. Hər hansı fəaliyyət proqramını həyata keçirmək. Nəqliyyat ekspedi-siya xidmətləri bazarının yaradılması və təkmilləşdirilməsi.

              Memarlıq kafedrası

“Memarlıq” kafedrası 2002-ci ildə İncəsənət fakültəsinin tərkibində yaranıb, 2003-cü ildən Mühəndis Pedaqogika fakültəsinin, 2007-ci ildən Memarlıq və mühəndislik fakültəsinin tərkibinə daxil edilmişdir.

KAFEDRAYA RƏHBƏRLİK

Naxçıvan Dövlət Universiteti rektorunun əmri ilə Memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qəzənfər qızı Qənbərova 2021-ci ilin 12 mart ayından etibarən “Memarlıq” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

Kaferdra əməkdaşları:

1.Qənbərova Gülnarə Qəzənfər qızı – memarlıq üzrə fəlsəfə doktoru, dosent.

2.Rəcəbov Məmməd Yaqub oğlu – Baş müəllim.

3.Əhmədov Heydər Əli oğlu – 0,5ş. müəllim

4.Sadiqov Anar Vüqar oğlu-müəllim

5.Quluzadə Mənsumə Akif qızı-müəllim

7.Bayramov Məhəmməd Asəf oğlu

6.Qasımzadə Aidə Üzeyir qızı – Laborant

 

                Meliorasiya və ekologiya mühəndisliyi kafedrası

15 fevral 1986- cı ildə Naxçıvan  Dövlət Universiteti, Fizika-Riyaziyyat fakültəsinin nəzdində   “Ümumi Texniki fənlər və Əmək” kafedrası yaradılmışdır. Kafedrada eyni adlı ixtisas üzrə tədris prosesi aparılmışdır.  2013-cü ildən kafedranın adı deyişilərək “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” kafedrası adlandırılmışdır.

2020-ci ildə kafedranın adı dəyişilərək “ Meliorasiya və geodeziya mühəndisliyi” kafedrası, 2022-cü ildə isə “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrası adlandırılmışdır.

  1. Meliorasiyə və su təsərrüfatı sitemlərinin tikintisi və istismarının problemləri ilə məşğul olur.
  2. Ekoloji problemlərlə məşğul olur.
  3. Bu istiqamətlərdə məqalələr və elmi kitabların hazırlanması ilə məşğul olur.

KAFEDRAYA RƏHBƏRLİK

Naxçıvan  Dövlət  Universitet  rektorunun əmri ilə  dosent Nəcəfov Cabbar Sərdar oğlu “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasına müdir təyin edilmişdir. Hal-hazırda kafedraya rəhbərlik edir.

Kafedra əməkdaşları:

  1. Nəcəfov Cabbar Sərdar oğlu– Kafedra müdiri. Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
  2. Əliyev Qadir Əli oğlu – Memarlıq üzrə fəlsəfə doktoru, dosent
  3. Nəsirov Səttar Şəmsəddin oğlu – 0,5 ştat müəllim
  4. Əsədov Heydər Bayram oğlu – Müəllim
  5. İbrahimova Leyla Pənah qızı – Baş müəllim
  6. Axundov Akim Yasin oğlu – Müəllim
  7. İmanov Hüseyn Kamil oğlu – Müəllim
  8. Sarıkaş Şənay İmaməli qızı-müəllim
  9. Quliyeva Rəna Əhəd qızı – Baş laborant

 

               Elektroenergetika mühəndisliyi kafedrası

Kafedra əməkdaşları:

    1. Əliyev Məftun Eynulla oğlu-Fizika üzrə fəlsəfə doktoru, dosent
    2. Hacıyeva Validə İbrahim qızı –  Müəlim, Fizika üzrə fəlsəfə doktoru, Dosent
    3. Novruzova Sevinc Yaqub qızı –  Baş müəllim,
    4. Məmmədova Gülşən Nurəddin qızı –  Baş müəllim,
    5. Bağırova Günay Nadir qızı –  Müəllim, Doktorant
    6. Babayev Şirzad Zülfüqar oğlu– Müəllim
    7. Qəndərov Sadiq Ceyhun oğlu-müəllim

Elektroenergetika kafedrasının əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumat
Kafedra əməkdaşlarının beş üzvü 2021-2025 ci ildə energetika sənayesinin perespektiv inkişafında innovasiya texnologiyalarından istifadə elmi problemi üzərində 5 illik  elmi tətqiqat işinə qoşulmuşdur.

Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin
elmi şura üzvlərinin tərkibi

10.Gülnarə Qəzənfər qızı QənbərovaMemarlıq  üzrə fəlsəfə doktoru, dosent, üzv

Soyadı,adı və ata adı Vəzifəsi
1. Zeynalov Cavanşir İbrahim oğlu Fakültə dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor  sədr
2. Orucov Tərxan Zakir oğlu Dekan müavini, nəqliyyat və informasiya texnologiyaları kafedrasının  baş müəllimi, katib
3. Əliyev Məftun Eynulla oğlu Fizika üzrə fəlsəfə doktoru, dosent
4. Babayev Şirzad Zülfüqar oğlu Elektroenergetika kafedrasının müəllimi
5. Nəcəfov Cabbar Sərdar oğlu Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiri
6. Qasımov Hüseyn Ələkbər oğlu Elektronika və informasiya texnologiyaları kafedrasının müdiri, dosent
Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012
Tel.:  (+99436) 544-08-61;    Daxili: 23 00