Strateji inkişaf və keyfiyyətin təminatı bölməsi

Keyfiyyətin təminatı bölməsinin müdiri: Kərimova Sevinc Şahbaz qızı

Kərimova (Bağırova) Sevinc Şahbaz qızı 9 oktyabr 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.

1988-ci ildə Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1999-cu ildə Şərur rayon Məhərrəm Seyidov adına 2 nömrəli tam orta məktəbi bitirmişdir.

1999-cu ildə Naxçıvan Dövlət Universitetinin kimya ixtisasına qəbul olmuş, 2003-cü ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir.

Bir il orta məktəbdə (Şərur rayon Dərvişlər kənd tam orta məktəbi) pedoqoji fəaliyyətdən sonra S.Kərimova yenidən (2004-cü il) Naxçıvan Dövlət Universitetinin magistr pilləsində fiziki-kimya ixtisası üzrə təhsil almağa davam etmişdir. Təhsil aldığı müddətdə Çomaxtur kənd və Dərvişlər kənd tam orta məktəblərində pedoqoji fəaliyyətini davam etdirmişdir.

2006-cı ildə Naxçıvan Dövlət Universitetinin fiziki-kimya ixtisası üzrə magistr pilləsini müvəffəqiyyətlə bitirmişdir.

2006-2008-ci illərdə orta məktəbdə kimya müəllimi olaraq pedoqoji fəaliyyətdə olmuşdur.

2008-ci il Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasında laborant olaraq çalışmağa başlamışdır. 2011-ci ildə baş laborant vəzifəsinə təyin edilmişdir.

2012-ci ildə Kimya kafedrasının tam ştat müəllimi vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə isə kimya kafedrasının baş müəllimi olaraq təyin olunmuşdur.

07.04.2023 cü ildə isə Naxçıvan Dövlət Universitetinin Strateji inkişaf və keyfiyyətin təminatı bölməsinə müdir vəzifəsinə təyin edilmişdir.

Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 15 elmi məqalənin, 1 ədəd publisistik məqalənin müəllifidir.

“Əlavə funksional qrupları olan fenol törəmələrinin ikifazalı elektrolit-karbohidrogen sistemlərində poladın korroziyasına qarşı inhibitor təsirinin tədqiqi” adlı dissertasiya mövzusu üzərində çalışır.

2018-ci ildən YAP-ın üzvüdür

Ailəlidir. İki qız övladı var.

Strateji inkişaf və keyfiyyətin təminatı bölməsinin əməkdaşları:

Strateji inkişaf üzrə mütəxəsis: Sadiqov Lətif Adil oğlu

Keyfiyyətin təminatı üzrə mütəxəsis:Qənbərova Ayşən Musa qızı