FAKÜLTƏ HAQQINDA

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (indiki Təhsil Nazirliyinin) 18.10.1991-ci il tarixli 46-II-4537-16 nömrəli məktubuna əsasən Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 01 noyabr 1991-ci il 251 nömrəli əmrinə əsasən İstehsalın iqtisadiyyatı və idarəedilməsi, Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisaslarını əhatə edən “İqtisad” fakültəsi yaradılmışdır. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə fakültənin adı “İqtisadiyyat və idarəetmə” fakültəsi olaraq dəyişdirilmişdir.

Fakültənin dekanları:

  • Akif Vəli oğlu Mədətov, i.ü.f.d., dosent 1991-1994
  • Ağarza Ağahəsən oğlu Rüstəmov i.e.d., pofessor 1994-2004
  • Asif İsmayıl oğlu Şirəliyev i.e.d., professor 2004-2014
  • Mehdi Siyavuş oğlu Bağırov i.ü.f.d., dosent 2016-2017
  • Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2018-

Fakültənin dekan müavinləri:

  • Şükür Aloş oğlu Məmmədov t.ü.f.d., dosent 1991-1994
  • Yusif Hüseyn oğlu Hüseynov f.ü.f.d., dosent 1994-1995
  • Məmməd Hüseyn oğlu Rzayev f.e.d., professor 1995-1997
  • Teymur Abbas oğlu Abbasov i.e.d., professor 1997-2004
  • Müslüm Əli oğlu Cabbarzadə i.ü.f.d., dosent 2004-2014
  • Teymur Abbas oğlu Abbasov i.e.d., professor 2014-2016
  • Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2016-2018
  • Rauf Abdulla oğlu Rəhimov 2018-2021
  • Asif Eldar oğlu Abdullayev 2022-

Hal-hazırda fakültədə  4 kafedra fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

  • İqtisadiyyat (əyani və qiyabi şöbələr)
  • İqtisadiyyat (ingilis dilində)
  • Mühasibat (əyani və qiyabi şöbələr)
  • Menecment
  • Marketinq
  • Turizm işinin təşkili
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Beynəlxalq ticarət və logistika
  • Maliyyə

Respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Bütün bunların məntiqi nəticəsi olaraq 2017-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsi üçün yeni tədris korpusu tikilərək müəllim və tələbələrin istifadəsinə verilmişdir.  Fakültə dekanlığının və kafedraların birgə fəaliyyəti ilə Boloniya sisteminin tələblərinə uyğun tədris proqramları hazırlanmış, tədris olunan fənlərin müasir standartlar əsasında təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlığı sahəsində fakültədə 3 professor, 14 dosent, 6 baş müəllim, 17 müəllim və 4 tədrisə köməkçi heyət fəaliyyət göstərir. Fakültənin tədris bazası 1 elektron kürsülü, 5 proyektorlu və smart lövhəli olmaqla 24 auditoriyadan, bir kitabxanadan və yüksək sürətli internətə bağlı olan komputer sinfindən ibarətdir.

Fakültə tələbələri istər universitet daxili, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə daim uğurla iştirak edirlər. Tələbələrimizin bilik yarışlarında fakültəmizi, Universitetimizi layiqincə təmsil etməsi daha sevindirici haldır. İstər respublika səviyyəsində, istərsə də muxtar respublika səviyyəsində son dövrdə geniş vüsət almış “startup” hərəkatında fakültəmizin tələbələrinin uğurlu iştirakı daha diqqətə layiqdir. Belə ki, 12.10.2018-ci il tarixdə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Naxçıvan turunun qalibi Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” komandası olmuşdur.

Bakıda ilk dəfə olaraq oktyabrın 26-30-da təşkil edilmiş “İnnovasiyalar həftəsi” çərçivəsində Milli Finalda dəvət olunublar. 2018-ci ilin oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş Milli Finalda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” layihəsi üçüncü yerə layiq görülüb. Milli Finalda qalib gəlmiş layihə kimi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin komandası 2018-ci ilin dekabrın 4-7-də təşkil edilmiş XXIV “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransda çıxış etmişdir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən startap müsabiqəsində İqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin təqdim etdikləri “Vita Block” layihəsi birinci yerə layiq görülmüşdür.

Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını  tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək üçün ENACTUS hərəkatı çox önəmli rola malikdir. Əsasını İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşkil etdiyi Naxçıvan Dövlət  Universitetinin ENACTUS (SİFE) komandası 2008-ci ildə yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq komanda keçirilən yarışmalarda bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışlar. Qazağıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional Forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, “Ən yaxşı biznes layihəsi” və “Ən yaxşı sosial layihə” nominasiyaları üzrə qalib elan edilmişdir.

2010-cu ildə Bakı şəhərində keçirilən milli çempionatda komandamız daha inamla çıxış etmiş, bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin ENACTUS (SİFE) çempionu adını qazanmışdır. 14 nəfərlik heyətdən ibarət olan komanda ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmişdir. 2010-cu ilin Dünya Kuboku uğrunda yarışmalarda universitetimizin komandası qrup mərhələsində 4-cü yerə layiq görülmüş, təqdim edilən layihələrdən biri “müvəffəqiyyətli məhsul” nominasiyasının qalibi olmuşdur.

Sevindirici haldır ki, 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən VI Respublika Çempionatında da komandamız 1-ci yerə layiq görülmüş, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülmüşdür.

2014-cü ildə 3-cü dəfə Azərbaycan çempionu olan ENACTUS komandamız ölkəmizi Çində keçirilən Dünya çempionatında layiqincə təmsil etmişdir. Bundan əlavə Erasmus, Mövlana və digər proqramlar çərçivəsində həm bakalavr, həm də magistr səviyyəsində tələbələrimiz xarici ölkələrdə təhsil alırlar.

 Fakültənin dekanı: Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent

Tədris işləri üzrə dekan müavini: Asif Eldar oğlu Abdullayev

Məsləhətçi-professor: prof. Rüstəmov Ağarza Ağahəsən oğlu;

Akademik məsləhətçi (tyutor): Turman Fərman oğlu Ələkbərli

KAFEDRALAR

İqtisadiyyat və marketinq kafedrası – yaranma tarixi 1991-cı il

KAFEDRANIN FƏALİYYƏTİ

Haliyədə “İqtisadiyyat” kafedrasında 14 müəl­­lim və 1 la­bo­rant fəaliyyət göstərməkdədir. “İqtisadiyyat” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 14 əməkdaşdan 6 nəfəri tam ştat, 8 nə­fə­ri yarım ştat müəllimdir. Kafedra əmək­daş­la­rın­dan 4 nəfər do­­sent, 2 nəfər baş müəllim, 11 nəfər isə müəl­lim­dir. “İqtisadiyyat” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

  1. İqtisadiyyat – tədrisi azərbaycan dilində (əyani və qiyabi şöbə);
  2. İqtisadiyyat – tədrisi ingilis dilində.

Magistratura pilləsi üzrə

  1. İqtisadiyyatın tənzimlənməsi – tədrisi azərbaycan dilində;
  2. Biznesin təşkili və idarə edilməsi (Bank işi)-MBA
  3. İqtisadiyyatın tənzimlənməsi – tədrisi ingilis dilində.
1. Ələkbərov Əşrəf Umud oğlu dekan,  i.ü.f.d., dosent
2. Adıgözəlova Havva Əsgər qızı a.ü.f.d., dosent
3. Babayev Turqan Xəlil oğlu Dosent
4. İbrahimov Elton Yulət oğlu Dosent
5. Həsənov Bəhram Həsən oğlu baş müəllim
6. Abbasova Maisə Məmməd qızı baş müəllim
7. Zamanov Əbdülhüseyn Şahhüseyn oğlu müəllim
8. Bağırov İsmayıl Bağır oğlu Müəllim
9. Mehbalıyev Nihad Nəsrəddin oğlu Müəllim
10. Məmmədova Məhsəti Rafiq qızı müəllim
11. Nəsirov Elşən Nurəddin oğlu müəllim
12. Ələkbərov Rəsul Səfər oğlu müəllim
13. Babayev Pərviz Azər oğlu müəllim
14. Quluzadə Təhmasib Cəlalı oğlu müəllim
15. Novruzov Vüsal Xeybər oğlu müəllim
16. Əlibəyli Elçin Hümbət oğlu müəllim
17. Əlizadə Tələt Fəxrəddin oğlu müəllim

Mühasibat və maliyyə kafedrası – yaranma tarixi 1996-cı il

Haliyədə “Mühasibat uçotu və maliyyə” kafedrasında 8 müəllim və 1 laborant fəaliyyət göstərməkdədir. “Mühasibat uçotu və maliyyə” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərən  əməkdaşlarından 6 nəfəri tam ştat, 2 nəfəri yarım ştat müəllimdir. Kafedra əməkdaşlarından 2 nəfər professor, 3 nəfər dosent, 2 nəfər baş müəllim, 1 nəfər isə müəllimdir.

  • Bakalvr təhsil pilləsi üzrə: Mühasibat (əyani və qiyabi şöbə üzrə)
  • Magistr təhsil pilləsi üzrə: İstehsal sferasında mühasibat uçotu və audit
1. Teymur Abbas oğlu Abbasov Dos.Dr (e)-iqtisad üzrə, kafedra müdiri
2. Nazim Hidayət oğlu Əhmədov Prof.Dr (e)-iqtisad üzrə
3. Nuriyyə Hüseyn qızı İbrahimova Dos.Dr (f)-iqtisad üzrə
4. Mehriban Təyyar qızı İmanova Dos.Dr (f)-iqtisad üzrə
5. Mehdi Siyavuş oğlu  Bağırov Dos.Dr (f)-iqtisad üzrə
6. Kəmalə Cəmil qızı Təhməzbəyova Baş müəllim
7. Həsən Saleh oğlu Abbasov Baş müəllim
8. Mehparə Elxan qızı Məmmədova Müəllim
9. Lalə Əli qızı Alıyeva Laborant

 

Beynəlxalq ticarət və menecment kafedrası – yaranma tarixi 1998-cı il

1998-2016-cı illər ərzində “Beynəlxalq münasibətlər və gömrük işinin təşkili” kafedrasına, daha sonra “Dünya iqtisadiyyatı” kafedrasına iqtisad üzrə fəlsəfə doktoru, dosent Asəf Heydər oğlu Qəribov rəhbərlik etmişdir.

1 noyabr 2016-ci il tarixdən “Dünya iqtisadiyyatı” kafedrasına, daha sonra “Dünya iqtisadiyyatı və menecment” adlandırılan kafedraya rəhbərlik iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun İlham oğlu Mahmudovatapşırılmışdır. 2020-ci il sentyabr ayından C.İ.Mahmudov “İqtisadiyyat” kafedrasının müdiri vəzifəsinə keçdiyindən “Dünya iqtisadiyyatı və menecment” kafedrasının müdiri vəzifəsi iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Yusif oğlu Qasımov tərəfindən icra olunmuş, 17 oktyabr 2022-ci il tarixindən isə kafedranın müdiri vəzifəsinə seçilmşdir.

KAFEDRANIN FƏALİYYƏTİ

Haliyədə “Dünya iqtisadiyyatı və menecment” kafedrasında 8 müəl­­lim və 1 baş la­bo­rant fəaliyyət göstərməkdədir. “Dünya iqtisadiyyatı və menec­ment” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 8 əməkdaşdan 2 nəfəri tam ştat, 6 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 1 nəfər baş müəllim, 2 nəfər isə müəl­lim­dir. “Dünya iqtisadiyyatı və menecment” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

 

Bakalavr pilləsi üzrə                                                                      Magistratura pilləsi üzrə
1. Menecment 1. Beynəlxalq iqtisadi münasibətlər
2. Marketinq 2. Strateji idarəetmə
3. Beynəlxalq ticarət və logistika
4. Dünya iqtisadiyyatı

 

 

1. Cavadxan Yusif oğlu Qasımov Dos.Dr (f)-iqtisad üzrə, kafedra müdiri
2. Həsən Əbdüləli oğlu Məmmədov Dos.Dr (f)-iqtisad üzrə
3. Müslüm Əli oğlu Cabbarzadə Dos.Dr (f)-iqtisad üzrə
4. Bülqeyis Sabir qızı Novruzova Dos.Dr (f)-iqtisad üzrə
5. Mədinə Ərrəhman qızı Allahverdiyeva Baş müəllim
6. Ülvi Rəfael oğlu Baxışlı Baş Müəllim
7. Nəsrin Əli qızı Əliyeva Müəllim
8. Əbdülhəsənova Rahibə Zeynal qızı Müəllim
8. Bəhriyyə Nizami qızı Abbasova Baş laborant

 

Bələdiyyə və turizm kafedrası – yaranma tarixi 2004-cü il

Bələdiyyə və turizm kafedrasının  11 nəfər əməkdaşı vardır. 9 nəfər əməkdaş elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunlardan 1 nəfər əməkdaş i.ü.f.d.dosent, 1 nəfər əməkdaş təhsilin idarə olunması, təftişi, planlaması və iqtisadiyyatı  üzrə fəlsəfə doktoru.dosent, 2 nəfər əməkdaş baş müəllim, 5 nəfər əməkdaş müəllim vəzifəsində çalışır. 1 nəfər əməkdaş analıq məzuniyyətindədir. 1 nəfər isə tədrisə köməkçi heyəti vəzifəsində çalışır.

Kafedraya rəhbərlik

Naxçıvan  Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının baş müəllimi  Flora Bəhlul qızı Kərimovanın elmi pedoqoji fəaliyyətini,ictamai və təşkilatşılıq qabiliyyətini nəzərə alaraq müsabiqə komissasiyanda iştirak etmişdir.  2016-cı ilin 26 noyabr ayından etibarən “ Bələdiyyə və turizm ” kafedrasının baş müəllimi  Flora Bəhlul qızı Kərimova həmin kafedranın müdiri vəzifəsinə  təyin edilmişdir və hal-hazırda kafedraya rəhbərlik edir.

  • Bakalavr təhsil pilləsi üzrə: 1.  Dövlət və bələdiyyə idarəetməsi
  • 2. Turizm işinin təşkili
  • Magist təhsil pilləsi üzrə: Dövlət qulluğunun təşkili və idarə edilməsi
1. Flora Bəhlul qızı Kərimova Baş müəllim
2. Əli Xeybər oğlu  Cabbarov Dos.Dr (f)-iqtisad üzrə
3.  Günel Şirin qızı İsayeva  Baş müəllim
4.  Ülkər Elxan qızı Həsənzadə  Müəllim
5.  Nigar Nazim qızı Bababəyli Müəllim
6.  Həbib Əzim oğlu Zeynalov  Müəllim
7.  Asif Eldar oğlu Abdullayev Müəllim
8. Səttar Muxtər oğlu Zamanov 0.5 ş. Müəllim
9.  Leyla Pərviz qızı Əliyeva  Müəllim(analıq məzuniyyəti)
10. Fatmaxanım Eldar qızı Əhmədli Laborant

ELMİ ŞURA

İqtisadiyyat və idarətmə  fakültəsinin Elmi Şurası Naxçıvan Dövlət Universitetinin Rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir Fakültə Elmi Şurası

S/S Adı, ata adı və soyadı Elmi dərəcəsi və elmi adı
1 Cavadxan Yusif oğlu Qasımov i.ü.f.d., dosent, kafedra müdiri
2 Müslüm Əli oğlu Cabbarzadə i.ü.f.d., dosent
3 Həsən Əbdüləli oğlu Məmmədov i.ü.f.d., dosent
4 Bulqeyis Sabir qızı Novruzova i.ü.f.d., dosent
5 Mədinə Ərrəhman qızı Allahverdiyeva Baş müəllim
6 Ülvi Rəfail oğlu Baxışlı Baş müəllim
7 Nəsrin Əli qızı Əliyeva Müəllim
8 Rahibə Zeynal qızı Əbdülhəsənova Müəllim

fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır,  fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr keçirir, tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir, elmi-tədqiqat və tərbiyə işlərinin planlarını müzakirə edir, hər il dekanın hesabatını dinləyir, tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir, fakültə heyətində olan dosent, baş müəllimlərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır, elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini müzakirə edir və fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır. Fakültə Elmi Şuranın işi hazırlanan plan əsasında həyata keçirilir. Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.

İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının tərkibi aşağıdakı kimidir:

 

  1. Tutduqları vəzifələrinə görə üzv olanlar:
1. Əşrəf Umud oğlu Ələkbərov (Sədr) –          İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent
2.

Abdullayev Asif Eldar oğlu

(Sədr müavini)

–          İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini
3. Abbasova Maisə Məmməd qızı (Elmi katib) –          İqtisadiyyat və marketinq kafedrasının baş müəllimi
4. Abbasov Teymur Abbas oğlu –          Mühasibat və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor
5. Qasımov Cavadxan Yusif oğlu –          Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
6. Kərimova Flora Bəhlul qızı –          Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru
7. İbrahimov Eltun Yulət oğlu –          İqtisadiyyat və marketinq kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru
8. Kəngərli Nazir Cavadxan oğlu –          Fakültə TEC-nin sədri

 

b) Seçki əsasında üzv olanlar:

 

9. Əhmədov Nazim Hidayət oğlu –          Mühasibat və maliyyə kafedrası, iqtisad üzrə elmlər doktoru, professor
10. İbrahimova Nuriyyə Hüseyn qızı –          Mühasibat və maliyyə kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent
11. Adıgözəlova Həvva Əsgər qızı –          İqtisadiyyat və marketinq kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent
12. Cabbarov Əli Xeybər oğlu –          Bələdiyyə və turizm kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent
13. Şeyxov Əli Tağı  oğlu –          Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri
14. Hüseynli Nicat Səfər oğlu –          Fakültə Tələbə Gənclər Təşkilatının sədri
15. Qasımov Abbas Hüseyn oğlu –          Fakültə YAP Gənclər Təşkilatının sədri

 

 

Əlaqə

Ünvan:Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012

Tel.:(+99436) 544-08-61;    Daxili: 25 00

Əlaqə

Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012
Tel.:  (+99436) 544-08-61;    Daxili: 25 00