Naxçıvan Dövlət Universitetinin əməkdaşları “DIRNA” layihəsi çərçivəsində İtaliyada keçirilən təlimlərdə iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin əməkdaşları “DIRNA” layihəsi çərçivəsində İtaliyada keçirilən təlimlərdə iştirak ediblər

NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova və  Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində Erasmus+ proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsi ilə İtaliyanın L’Aquila Universitetində növbəti təlimlərdə iştirak ediblər.

Qeyd edək ki, Xəzər Universitetinin koordinatorluğu ilə keçirilən  Azərbaycanın tərəfdaş universitetlərinin (Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti) iştirak etdiyi təlim kitabxanalarda elektron arxivin yaradılması, kitabxana əməkdaşlarının tədqiqat nəticələrinə açıq çıxışının dəstəklənməsi, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq məqsədi daşıyır.

Təlimin sonunda iştirakçılara “DIRNA” layihəsinin sertifikatı təqdim olunub.

Leave a Reply

Your email address will not be published.